Sentyabrda VIII Rusiya-Azərbaycan Regionlararası Forumu keçiriləcək

Sentyabrda VIII Rusiya-Azərbaycan Regionlararası Forumu keçiriləcək
# 17 avqust 2017 10:42 (UTC +04:00)

Bu ilin sentyabrın 28-də Rusiya Federasiyasının Stavropol şəhərində VIII Rusiya-Azərbaycan Regionlararası Forumu təşkil olunacaq.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (Azpromo) “APA-Economics”ə verilən məlumata görə, VIII Rusiya-Azərbaycan Regionlararası Forumunda ölkəmizdən və Rusiyanın bir çox regionlarından rəsmi şəxslər və iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarlar iştirak edəcək. Tədbir zamanı Azərbaycan nümayəndə heyətinin üzvləri ikitərəfli görüşlərdə özlərinə yeni tərəfdaşlar tapmaq və iş əlaqələri qurmaq imkanı əldə edəcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR