Maduro rəsmi olaraq Venesuela prezidenti elan edilib

Maduro rəsmi olaraq Venesuela prezidenti elan edilib
# 22 may 2018 20:14 (UTC +04:00)

Nikolas Maduro rəsmi olaraq Venesuelanın 2019-2025-ci illər üzrə yeni prezidenti elan olunub.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, müvafiq vəsiqə Nikolas Maduroya bu gün Milli Seçki Şurasının binasında təqdim edilib.

Qeyd edək ki, mayın 20-də keçirilmiş səsvermənin nəticələrinə əsasən, 6,19 milyon seçici Maduronunun namizədliyini dəstəkləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR