II və III qrup üzrə sənəd verən abituriyentlərə “İmtahana buraxılış vərəqəsi”nin verilməsinə başlanıb

II və III qrup üzrə sənəd verən abituriyentlərə “İmtahana buraxılış vərəqəsi”nin verilməsinə başlanıb
# 14 iyul 2015 09:32 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev - APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2015-2016-ci tədris ilində ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul üçün II və III qruplar üzrə keçiriləcək imtahanda iştirak edəcək abituriyentlərə “İmtahana buraxılış vərəqəsi”nin verilməsinə başlayıb.

Komissiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, abituriyentlər TQDK-nın saytında müvafiq sistemə daxil olaraq “İmtahana buraxılış vərəqəsi” çap edib götürməlidirlər.

“İmtahana buraxılış vərəqəsi” olmadıqda abituriyentlər imtahana buraxılmır.

Qeyd edək ki, II və III qruplar üzrə qəbul imtahanı iyulun 25-də keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR