“Bakcell” beynəlxalq zənglərin qiymətini 2 dəfə ucuzlaşdırıb

“Bakcell” beynəlxalq zənglərin qiymətini 2 dəfə ucuzlaşdırıb
# 12 oktyabr 2016 09:26 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. “Bakcell” şirkəti abunəçiləri üçün dəqiqəsi 2 dəfə ucuz qiymətə istənilən istiqamətdə beynəlxalq zənglər etməyə imkan verən yeni kampaniyaya start verib.

“Bakcell” şirkətindən “APA-Economics”ə verilən məlumata görə, yeni kampaniyanın şərtlərinə görə, indi “Bakcell” abunəçiləri həftəsonu, bayram, qeyri-iş günləri və qeyri-pik saatlarında (00:00-dan – 08:00-dək) başqa ölkələrə etdikləri beynəlxalq zənglərin hər dəqiqəsinə görə cəmi 0,16 manat ödəyəcəklər. Pik saatlarında beynəlxalq zənglərin qiyməti isə 1 dəqiqəsi 0,32 manat hesabı ilə dəyişməz olaraq qalır.

Bu yeni tarif planını təqdim etməklə, “Bakcell” bazarda olduqca sərfəli və müsbət beynəlxalq rabitə təcrübəsini təklif edir.

“Bu yeni təklifi ilə “Bakcell” öz abunəçilərinin dünyanın müxtəlif guşələrində yaşayan dostları və ailə üzvləri ilə əlaqə yarada bilməsini daha da asanlaşdırır. İnanırıq ki, qiymətin endirilməsi insanların təyinat ölkəsindən asılı olmayaraq daha tez-tez beynəlxalq zənglər etməsi və istədikləri qədər danışması üçün daha bir əsas yaradacaq”, deyə “Bakcell” şirkətinin baş marketinq və satış direktoru Fedja Hadziç bildirib.

“Bakcell” öz abunəçiləri üçün sərfəli tariflər təklif etməkdə davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR