“Azər-Türk Bank” bu ilin on ayını mənfəətlə başa vurub

 “Azər-Türk Bank” bu ilin on ayını mənfəətlə başa vurub
# 10 noyabr 2016 06:51 (UTC +04:00)

“Azər-Türk Bank”ın aktivlərinin həcmi 2016-cı il noyabrın 1-nə 807,631 mln. manat təşkil edib.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 147,054 mln. manat olub.

Öhdəliklərin həcmi isə hesabat dövrünün sonuna 749,856 mln. manat təşkil edib.

Hesabat dövrünün sonuna bankın məcmu kapitalı 57,775 mln. manata çatdığı halda, nizamnamə kapitalı dəyişməyərək 50 mln. manat təşkil edib.

Bankın gəlirləri 40,828 mln. manat, xərcləri isə 7,680 mln. manat təşkil edib.

Cari ilin on ayını bank 10 mln. 466,331 min manat mənfəətlə başa vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR