İmişlidə ərzaq mağazası yanan sahibkara 400  manat ziyan dəyib - YENİLƏNİB

İmişlidə ərzaq mağazası yanan sahibkara 400  manat ziyan dəyib - <span style="color: red;">YENİLƏNİB
# 06 noyabr 2016 12:28 (UTC +04:00)

İmişlidə ərzaq mağazası yanıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, yanğın hadisəsi səhər saat 5.50 radələrində İmişli şəhəri, Zərifə Əliyeva küçəsində yerləşən mağazada baş verib.

Rayon sakini, Nəsirov Vilayət Əlibaba oğluna məxsus ümumi sahəsi 300 m² olan mağazanın yanar konstruksiyaları 255 m² sahədə və içərisində olan ərzaq malları ilə birgə yanıb. Yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin İmişli Yanğından Mühafizə xidmətinin avtomobilləri və canlı qüvvəsi cəlb edilib. Yanğın saat 06:41-də yanğınsöndürənlər tərəfindən söndürülüb. İlkin versiyaya görə yanğına elektrik naqillərində yaranan qısa qapanma səbəb olub.

Mağaza sahibinə 400 min manat dəyərində ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

***

saat 09.18

İmişli rayonunda vətəndaşa məxsus ümumi sahəsi 300 m² olan marketin yanar konstruksiyaları 255 m² sahədə və içərisində olan ərzaq malları yanıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, marketin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 06:41-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR