Tiflisdə Türkiyə səfirliyinin avtomobili qəzaya düşüb

Tiflisdə Türkiyə səfirliyinin avtomobili qəzaya düşüb
# 26 oktyabr 2016 21:44 (UTC +04:00)

Tİflis. Nizami Məmmədzadə-APA. Gürcüstan paytaxtında üç avtomobilin iştirakı ilə yol qəzası baş verib.

APA- nın Gürcüstan bürosunun xəbərinə görə, insident Rustaveli prospektində qeydə alınıb.

Məlumata görə, Vaso Abaşidze küçəsindən çıxan avtomobil Türkiyə səfirliyinin avtomobili ilə toqquşub. Zərbənin gücündən səfirliyin avtomobili “Jeep” markalı maşına çırpılıb.

Qəza zamanıl xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR