Qusarda söyüd ağacının qanunsuz kəsildiyi aşkarlanıb

Qusarda söyüd ağacının qanunsuz kəsildiyi aşkarlanıb
# 05 may 2018 12:39 (UTC +04:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) əməkdaşları tərəfindən növbəti reyd keçirilib.

ETSN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, reyd zamanı Qusar rayonu Yasab kəndi ərazisində yaş köküstə 40 sm diametrliyində 1 ədəd söyüd ağacının qanunsuz kəsildiyi aşkar edilib.

Ağacı kəsənin şəxsiyyətinin müəyyənləşdirilməsi mümkün olmayıb.

Faktla bağlı akt tərtib olunub və təbiətə 400 manat ziyan dəydiyi müəyyən edilib.

Qanun pozucusunun müəyyən edilməsi üçün Qusar rayon Polis Şöbəsinə məktub göndərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR