Siyəzəndə avtomobil aşıb, sürücü ölüb

Siyəzəndə avtomobil aşıb, sürücü ölüb
# 27 dekabr 2019 13:16 (UTC +04:00)

Siyəzəndə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, dekabrın 26-da saat 22 radələrində Siyəzən şəhəri ərazisində şəhər sakini Namiq Süleymanov idarə etdiyi “Mitsubishi” markalı avtomobili aşırıb və o, aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR