Bu il Azərbaycanda ÜDM istehsalı 6%-ə qədər artıb

Bu il Azərbaycanda ÜDM istehsalı 6%-ə qədər artıb
# 13 avqust 2015 08:38 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev – APA-Economics. Bu ilin yanvar-iyul aylarında ölkə iqtisadiyyatında istehsal edilən ümumi daxili məhsulun həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,6% artaraq 32,1 mlrd. manata çatıb.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, bu dövr ərzində iqtisadiyyatın qeyri-neft sahələrində ÜDM 9,0%, neft-qaz hasilatı və emalı sektorunda isə 1,0% artıb, qeyri-neft sahələrinin ÜDM-də xüsusi çəkisi əvvəlki ildəki 57,5%-dən 68,0%-ə yüksəlib.

ÜDM-in 35,0%-i sənayenin, 13,6%-i tikintinin, 6,0%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılığın, 37,3%-i isə xidmət sahələrinin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 8,1%-ni təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR