Gürcüstan-Ermənistan sərhədində yanğın davam edir

Gürcüstan-Ermənistan sərhədində yanğın davam edir
# 31 iyul 2018 09:19 (UTC +04:00)

Gürcüstanın Sadaxlı kəndində - Ermənistanla sərhəddə ötən axşam baş vermiş yanğının tam aradan qaldırılması üzrə işlər davam etdirilir.

APA-nın yerli bürosunun Gürcüstanın Fövqəladə Halların İdarə olunması Xidmətinə istinadən verdiyi xəbərə görə, yanğın lokallaşdırılsa da, çətin relyeflə əlaqədar tam söndürülməsinə nail olunmayıb.


Yanğının aradan qaldırılması üzrə işlərin koordinasiyası məqsədilə Gürcüstan-Ermənistan sərhədində xüsusi qərargah yaradılıb. Yanğın ocaqlarının müşahidəsi üçün dronlardan da istifadə olunur.


Hazırda yanğın ərazisində bir neçə yanğın ocağı var. Yanğının tam söndürülməsi üçün iki gün vaxt tələb lazımdır. 120 yanğınsöndürən hadisə yerində qalmaqdadır.


Qeyd edək ki, yanğın nəticəsində Gürcüstan ərazisində 20 hektar, Ermənistan ərazisində isə 50 hektar sahə yanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR