ABŞ prezidenti Kobi Brayantın ölüm xəbərini dəhşət adlandırıb

ABŞ prezidenti Kobi Brayantın ölüm xəbərini dəhşət adlandırıb
# 27 yanvar 2020 08:12 (UTC +04:00)

ABŞ Prezidenti Donald Tramp Milli Basketbol Assosiasiyasının (NBA) beşqat çempionu və ikiqat Olimpiya çempionu Kobi Brayantın təyyarə qəzasında öldüyünə görə təəssüfləndiyini bildirib.

APA TASS-a istinadən xəbər verir ki, Tramp bu barədə "Twitter" səhifəsində yazıb.

“Böyük basketbolçu Kobi Brayant və daha üç nəfərin Kaliforniyada vertolyot qəzasında öldüyü bildirilir. Bu dəhşətli xəbərdir”, - deyə ABŞ Prezidenti kədərləndiyini ifadə edib.

Məlumat üçün bildirək ki, qəzada həlak olanlarla bağlı müxtəlif rəqəmlər səsləndirilsə də, Los-Anceles Şerifi Aleks Villanuevanın sözlərinə görə, helikopterdə 9 nəfər olub və onalrın hamısı ölüb.

Qeyd edək ki, 41 yaşlı veteran basketbolçu helikopterin ABŞ-ın Los-Anceles şəhəri yaxınlığında yerə çırpılması nəticəsində ölüb. Onunla bərabər helikopterdə olan 13 yaşlı qızı da qəzanın qurbanı olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR