Binə Ticarət Mərkəzində yanğın olub

Binə Ticarət Mərkəzində yanğın olub
# 01 aprel 2017 08:52 (UTC +04:00)

Binə Ticarət Mərkəzində yanğın olub

Şahidlərin APA-ya verdiyi məlumata görə, hadisə bu gün saat 10.00 radələrində ticarət mərkəzinin 7-ci sırasındakı mağazalardan birində qeydə alınıb. Hadisə yerində yanğınsöndürənlər cəlb edilib.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən APA-ya bildirilib ki, yanğın 50 kv/m ərazisi olan mağazada baş verib və həyata keçirilən tədbirlər nəticəsində yanğın söndürülüb.

Hazırda yanğının baş vermə səbəbləri araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR