Azərbaycanda dövlət şirkətlərindən birinə məxsus çörəkbişirmə müəssisəsi ləğv olunub

Azərbaycanda dövlət şirkətlərindən birinə məxsus çörəkbişirmə müəssisəsi ləğv olunub
# 24 yanvar 2018 06:15 (UTC +04:00)

Azərbaycanda daha bir çörəkbişirmə müəssisəsi ləğv olunub.

"APA-Economics" "Vergilər" qəzetinin xüsusi buraxılışına istinadən xəbər verir ki, Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin tabeçiliyindəki, hüquqi ünvanı Bakı şəhəri, Yeni Əhmədli qəsəbəsi, general Mehmandarov küçəsi 2 olan "Azərtaxıl" Dövlət Şirkətinin "Azərçörək" İB-nin 20 saylı çörəkbişirmə müəssisəsi ləğv olunduğunu elan edir.

Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Nərimanov rayonu, Z.Xəlil küçəsi 11 a ünvanına bildirə bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR