Ermənistanda polis rəisi sabiq qubernatorun qohumunu döyüb

Ermənistanda polis rəisi sabiq qubernatorun qohumunu döyüb
# 28 fevral 2017 11:56 (UTC +04:00)

Ermənistanda polis rəisi sabiq qubernatorun qohumunu döyüb.

APA-nın “news.am” saytına istinadən verdiyi xəbərə görə, hadisə polis rəisinin otağında baş verib.

Başda Qoris şəhərinin polis rəisi Gevork Azizyan olmaqla, bir qrup polis əməkdaşı Sünik vilayətinin sabiq qubernatorunun qohumu Edmon Xaçatryanı döyüblər.

E. Xaçatryanın qadın polis əməkdaşı ilə görüşdüyü üçün döyüldüyü bildirilir. Xəstəxanaya çatdırılan E. Xaçatryana yardım göstəriləndən sonra o, evə buraxılıb.

Hadisə ilə bağlı istintaq başlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR