Kerri Vaşinqtonda Trampa qarşı “Qadınlar marşı”na qatılıb

Kerri Vaşinqtonda Trampa qarşı “Qadınlar marşı”na qatılıb
# 22 yanvar 2017 03:17 (UTC +04:00)

Yanvarın 20-də inauqurasiya mərasimində iştirak etməyən ABŞ-ın sabiq dövlət katibi Con Kerri Vaşinqtonda prezident Donald Trampa qarşı “Qadınlar marşı”na qatılıb.

APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, Kerri aksiyaya Ben adlı iti ilə gəlib. Sabiq dövlət katibi etirazçıları salamlayıb və onlardan bir neçəsinin əlini sıxaraq təşəkkür edib. Məlumata görə, eirazçılardan bəziləri Kerrini “hərbi cinayətkar” adlandırıb.

Aksiyada tanınmışlardan Madonna, Skarlet Yoxanson, Şer və digər şəxslər iştirak edib.

Bundan əvvəl Trampın seçkilərdəki rəqibi Hillari Klinton “Qadınlar marşını” dəstəkləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR