Xaçmazda qəbiristanlıqda yanğın olub

Xaçmazda qəbiristanlıqda yanğın olub
# 13 aprel 2018 08:29 (UTC +04:00)

Xaçmaz rayonunda qəbiristanlıqda yanğın baş verib. APA-nın şimal bürosunun verdiyi məlumata görə, yanğın Xaçmaz şəhərinin İzmayılovka adlanan ərazisində yerləşən rus qəbiristanlığında qeydə alınıb. Yanğının söndürülməsi üçün əraziyə Xaçmaz Dövlət Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və bir yanğınsöndürən maşını cəlb olunub. Yanğının söndürülüb və daha geniş əraziyə keçməsinin qarşısı alınıb.

Təxminən 70 kvadratmetr ərazi yanıb.

Yanğının səbəbləri araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR