Tovuzda iki nəfər zəhərlənib

Tovuzda iki nəfər zəhərlənib
# 29 mart 2018 08:43 (UTC +04:00)

Tovuz rayonunda iki nəfər zəhərlənib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Aşağı Quşçu kənd sakini, 1971-ci il təvəllüdlü Knyaz Saadev sirkə turşusu zəhərlənməsi əlaməti ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib vəziyyətinin kafi olduğu bildirilir.

Aşağı Quşçu kənd sakini, 1991-ci il təvəllüdlü Pərvanə Tağıyeva dərman zəhərlənməsi əlaməti ilə xəstəxanaya çatdırılıb. Ona tibbi yardım göstərilib. Vəziyyətinin kafi olduğu bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR