Türkiyənin Konya şəhərində bazarın damı uçub

Türkiyənin Konya şəhərində bazarın damı uçub
# 05 yanvar 2017 09:41 (UTC +04:00)

Türkiyənin Konya şəhərində üstüörtülü bazarın damı çöküb.

APA-nın “Hürriyet”-ə istinadən verdiyi xəbərə görə, bazarın damı qarın ağırlığına tab gətirmədiyindən uçub. Nəticədə dağıntılar altında qalan dörd nəfər xəsarət alıb.

Hadisə yerinə təcili yardım və xilasetmə briqadaları cəlb olunub. Hazırda dəmir konstruksiyaların altında bir nəfərin olduğu ehtimal edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR