Bakıda parkdan oğurluq edən şəxslər tutulub

  Bakıda parkdan oğurluq edən şəxslər tutulub
# 22 avqust 2015 13:51 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakının Pirallahı qəsəbəsində parkdan oğurluq edən şəxslər tutulub.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, avqustun 21-də Pirallahı qəsəbəsində Yüksək Texnologiyalar Parkının ərazisindən naməlum şəxslər “Mercedes” markalı avtomobildə inşaat materilları oğurlayıb apararkən orada briqadir işləyən Ağstafa rayon sakini Şamxal Bayramov “VAZ-2107” markalı avtomobillə onların qarşısını kəsib. Lakin onlar avtomobili vuraraq hadisə yerini tərk ediblər.

Pirallahı rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə hadisəni törətmiş Elməddin Hüseynov, Şəhriyar Cavadov və Tacı Əmrullayev tutulublar.

Araşdırmalar zamanı E. Hüseynovun Rusiya Federasiyası Cinayət Məcəlləsinin 162-ci (quldurluq) maddəsi ilə axtarışda olması da müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR