Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2,5% artıb

Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2,5% artıb
# 18 dekabr 2019 10:30 (UTC +04:00)

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2018-ci ilin eyni dövrü ilə müqayisədə real ifadədə 2,5% artaraq 8 312,8 mln. manat olub.

"APA-Economics"in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, hüquqi şəxslər tərəfindən əhaliyə 6 060,6 mln. manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 72,9%-i təşkil edib.

Cari ilin yanvar-noyabr aylarında hər bir ölkə sakini orta hesabla 839,6 manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə nominal ifadədə 30,3 manat çox müxtəlif ödənişli xidmətlərdən istifadə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR