Tramp Şimali Koreyaya qarşı sanksiyanın tətbiqinə hazırlaşır

Tramp Şimali Koreyaya qarşı sanksiyanın tətbiqinə hazırlaşır
# 21 sentyabr 2017 16:02 (UTC +04:00)

ABŞ prezidenti Donald Tramp Şimali Koreyaya qarşı mühüm sanksiyaların tətbiqinə hazırlaşır.

APA-nın “İndependent” nəşrinə istinadən verdiyi xəbərə görə, Ağ evin Milli Təhlükəsizlik məsələləri üzrə müşaviri CNN-ə bildirib ki, Donald Tramp Yaponiya baş naziri Şinzo Abe və Cənubi Koreya prezidenti Moon Jae-i ilə görüşü zamanı sanksiyalar barədə məlumat verəcək.


“Prezident yaxın müttəfiqlərimiz Yaponiya və Cənubi Koreya rəsmiləri ilə görüşdə bu problemin həlli üçün səylərimizin davam etdirilməsi barədə danışacaq və yeni sanksiyalar barədə elan verəcək”, - deyə o əlavə edib.

Sanksiyaların nədən ibarət olacağı barədə hələlik bilgi yoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR