Bakıda avtomobil piyadanı vuraraq qaçıb

Bakıda avtomobil piyadanı vuraraq qaçıb
# 25 yanvar 2018 17:12 (UTC +04:00)

Bakının Sabunçu rayonunda piyadanı avtomobil vurub. APA-nın xəbərinə görə, hadisə Zabrat qəsəbəsində qeydə alınıb.

1978-ci il təvəllüdlü Bakı şəhər sakini Zərbəliyev Bəhruz Mayıl oğlu adıçəkilən ərazidə yolu keçmək istəyən zaman sürətlə gələn avtomobilin zərbəsi ilə üzləşib. Sürücünün hadisə yerindən qaçdığı bildirilir. Müəyyən xəsarətlər alan B.Zərbəliyev təcili tibbi yardım maşını ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb və müvafiq tibbi yardımlardan sonra reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyəti orta-ağır kimi qiymətləndirilir.

Yol qəzası ilə bağlı Sabunçu polisi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR