Məmmədyarov: "Ukrayna ilə münasibətlərimiz strateji xarakter daşıyır"

Məmmədyarov: "Ukrayna ilə münasibətlərimiz strateji xarakter daşıyır"
# 03 oktyabr 2017 11:22 (UTC +04:00)

"Ukraynanın xarici işlər naziri ilə iki ölkənin əlaqələrinə dair geniş müzakirə apardıq. Bizim əlaqələrimiz strateji xarakter daşıyır".

APA-nın məlumatına görə, bunu xarici işlər naziri Elmar Məmmədyarov Bakıda ukraynalı həmkarı Pavlo Klimkinlə görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

Nazir görüşdə ölkələrin ərazi bütövlüyünə dəstək ifadə olunduğunu bildirib: "Nəqliyyat sahəsində əlaqələri də müzakirə etdik. Nəqliyyat layihələri iqtisadi baxımdan çox önəmli və maraqlıdır. Gələn ay iki ölkə arasında hökumətlərarası komissiyanın iclası olacaq".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR