FHN Bakıda tikilməkdə olan binanın qismən uçması ilə bağlı məlumat yayıb

FHN Bakıda tikilməkdə olan binanın qismən uçması ilə bağlı məlumat yayıb
# 09 dekabr 2017 17:00 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyi Bakıda tikilməkdə olan binanın qismən uçması ilə bağlı məlumat yayıb. APA-nın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Nərimanov rayonu ərazisində tikilməkdə olan 4 mərtəbəli binanın sonuncu mərtəbəsində betontökmə işləri zamanı uçqun baş verib. Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri və mütəxəssisləri hadisə yerinə cəlb olunublar. İlkin məlumata görə, uçqun nəticəsində xəsarət alan olmayıb. ​

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR