Azərbaycanın ərazi sularında üzən kiçikhəcmli gəmilərin sürücülərinin sürücülük vəsiqəsi olmalıdır

Azərbaycanın ərazi sularında üzən kiçikhəcmli gəmilərin sürücülərinin sürücülük vəsiqəsi olmalıdır
# 21 sentyabr 2017 08:05 (UTC +04:00)

Azərbaycanın ərazi sularında üzmə qaydaları dəyişib.

APA-nın məlumatına görə, Nazirlər Kabineti bununla bağlı “Azərbaycan Respublikasının ərazi sularında üzmə Qaydaları”nda dəyişiklik edib.

Dəyişikliyə əsasən kiçikhəcmli gəmilərin sürücüləri həmin gəmiləri idarə etmək üçün Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən verilmiş sürücülük vəsiqələrinə malik olmalıdırlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR