Rəşad Sadıqov “Qarabağ”dan ayrılıb

Rəşad Sadıqov “Qarabağ”dan ayrılıb
# 04 may 2018 14:45 (UTC +04:00)

“Qarabağ”ın 19 yaşadək futbolçulardan ibarət komandasının baş məşqçisi Rəşad Sadıqov vəzifəsindən ayrılıb. Apasport.az xəbər verir ki, bu barədə məlumatı klub rəsmi saytı vasitəsilə yayıb.

Azərbaycanın U-20 və U-21 yığmalarının da baş məşqçisi, eyni zamanda “Qarabağ”ın kapitanı olan Sadıqov işlərinin çoxluğu ilə əlaqədar bu addımı atıb. “Qarabağ”ın U-19 komandamızın yeni baş məşqçisi yaxın günlərdə məlum olacaq.

Qeyd edək ki, “Qarabağ”ın U-19 komandası Rəşad Sadıqovun rəhbərliyi altında Azərbaycan Gənclər Liqasında bir dəfə qızıl və bir dəfə də gümüş medal qazanıb, eyni zamanda UEFA Gənclər Liqasının qrup mərhələsində ilk qələbə qazanan Azərbaycan təmsilçisi olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR