Bakıda kiçik sahibkarların əl işlərinin sərgisi keçiriləcək

Bakıda kiçik sahibkarların əl işlərinin sərgisi keçiriləcək
# 30 noyabr 2017 15:04 (UTC +04:00)

Dekabrın 7-də Bakıda kiçik sahibkarlıq fəaliyyəti ilə məşğul olanların əl işlərindən ibarət “Kiçik sahibkarların yaratdıqları” sərgisi keçiriləcək.

İqtisadiyyat Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, sərgi İqtisadiyyat Nazirliyi və Sahibkar Qadınlar Assosiasiyasının təşkilatçılığı ilə baş tutacaq.

Sərgidə kiçik sahibkarların əl işləri - rəsmlər, suvenirlər, bijuteriyalar, oyuncaqlar, ağacdan oymalar və s. nümayiş olunacaq və satışı həyata keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR