ABŞ və Kuba bu gündən səfirliklərin fəaliyyətini bərpa edirlər

ABŞ və Kuba bu gündən səfirliklərin fəaliyyətini bərpa edirlər
# 20 iyul 2015 07:58 (UTC +04:00)


APA-nın BBC-yə istinadən verdiyi xəbərə görə, ABŞ dövlət katibi Con Kerri və Kuba xarici işlər naziri Marselino Medina Qonsales arasında bu məsələyə dair danışıqlar aparılıb və bu gün ABŞ Dövlət Departamentində onların görüşü baş tutacaq.

Kuba prezidenti Raul Kastro bildirib ki, bu simvolik addım münasibətlərin normallaşmasına aparan uzun və çətin yolun başlanğıcı olacaq. O, ABŞ prezidenti Barak Obamanı Konqresdə Kuba üzərindən iqtisadi embarqonun götürülməsi məsələsini qaldırmağa çağırıb: “İqtisadi embarqo münasibətlərin normallaşdırılması yolunda ən böyük maneədir”.

Xatırladaq ki, 1959-cu il Kuba inqilabından sonra ABŞ bu ölkəyə ticarət embarqosu tətbiq edib, 1961-ci ildən isə iki ölkə arasındakı diplomatik əlaqələr kəsilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR