Əhalinin ümumi rifah halının yaxşılaşdırılmasına yönəldilmiş sosial və infrastruktur əhəmiyyətli layihələrin ekoloji cəhətdən qiymətləndirilməsi və əhalinin məlumatlandırılması məqsədilə ictimai dinləmə keçiriləcək.
Bu barədə APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirib.
Onun sözlərinə görə, bir müddət əvvəl də xəbər verildiyi kimi, ictimai dinləmələrdə layihə icraçıları, ictimaiyyət, QHT nümayəndələri, aidiyyəti mütəxəssislər iştirak edəcək və ETSN-nin mütəxəssisləri ölkə və regional əhəmiyyətli hər bir layihənin ətraf mühitə təsirlərini, onların kompensasiyası mexanizmlərini açıqlayacaq, layihə icraçılarının məsuliyyət yükü barədə ictimaiyyəti məlumatlandıracaq.