Akademik Böyükkişi Ağayev dəfn edilib

Akademik Böyükkişi Ağayev dəfn edilib
# 04 aprel 2018 14:48 (UTC +04:00)

Bu gün AMEA-nın Əsas binasında Azərbaycanın tanınmış cərrahı, Azərbaycan Tibb Universitetinin II Cərrahi xəstəliklər kafedrasının müdiri, akademik M. Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin direktoru, akademik Böyükkişi Ağayevlə vida mərasimi keçirilib.

Akademiyadan APA-ya verilən məlumata görə, vida mərasimində AMEA-nın prezidenti, akademik Akif Əlizadə B. Ağayevin elmi və pedaqoji fəaliyyəti ilə ölkədə elmin və səhiyyənin inkişafına verdiyi töhfələrdən danışıb.

Səhiyyə naziri Oqtay Şirəliyev qeyd edib ki, B. Ağayevin ölkədə çoxsaylı cərrahların yetişməsində müstəsna xidmətləri olub.

Vida mərasimində Azərbaycan Tibb Universitetinin (ATU) rektoru, professor Gəray Gəraybəyli, ATU-nun Tədris Cərrahiyyə Klinikasının direktoru, professor Surxay Hadıyev çıxış ediblər.

Mərhumun ailəsi adından çıxış edən Rauf Ağayev alimin xatirəsinə göstərilən hörmət və ehtirama görə minnətdarlığını bildirib.

Vida mərasimi başa çatdıqdan sonra mərhum II Fəxri xiyabanda torpağa tapşırılıb.

Qeyd edək ki, B. Ağayev 400-dən çox elmi və publisistik əsərin, o cümlədən 9 ixtira və 25-dən çox səmərələşdirici təklifin müəllifi olub. Onun rəhbərliyi ilə tibb üzrə 62 fəlsəfə doktoru, 11 elmlər doktoru müdafiə edib.

B. Ağayev Azərbaycan tibb elminin inkişafındakı xidmətlərinə görə "Azərbaycan SSR Əməkdar elm xadimi" fəxri adına layiq görülüb, 1998-ci ildə “Şərəf” ordeni ilə təltif olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR