Yevlaxda həmkəndlisini bıçaqlayan şəxs tutulub

Yevlaxda həmkəndlisini bıçaqlayan şəxs tutulub
# 28 fevral 2019 12:35 (UTC +04:00)

Yevlaxda həmkəndlisini bıçaqlayan şəxs saxlanılıb.

Bu barədə ONA-nın Mingəçevir bürosuna Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Məlumatda qeyd olunur ki, fevralın 26-da axşam saatlarında rayonun Yuxarı Qarxun kəndi ərazisində Elnur Məmmədovun kəsilmiş-deşilmiş yaralarla rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilməsi barədə rayon Polis Şöbəsinə operativ məlumat daxil olub.Məlumat əsasında dərhal əməliyyat qrupu yaradılıb.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmkəndlisinə xəsarət yetirməkdə şübhəli bilinən Zəkəriyyə Kərimov saxlanılaraq istintaqa təhvil verilib.

Dindirilmə zamanı o törətdiyi cinayət əməlini etiraf edib.

Faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradov

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR