MTN-in sabiq şöbə rəisinin şikayəti əsasında məhkəmə başlayıb

MTN-in sabiq şöbə rəisinin şikayəti əsasında məhkəmə başlayıb
# 03 noyabr 2017 10:02 (UTC +04:00)

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) istintaq idarəsinin həbsdə olan sabiq şöbə rəisi Vüsal Ələkbərov barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmənin ilkin baxış iclası keçirilib.

Bu barədə APA-ya V. Ələkbərovun vəkili Ülvi Məmmədov məlumat verib. O bildirib ki, Bakı Apellyasiya Məhkəməsində hakim Qədim Babayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmə baxışı noyabrın 16-a təyin edilib.

Qeyd edək ki, V. Ələkbərov Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) və digər maddələrlə ittiham olunur.

V. Ələkbərov Bakı Hərbi Məhkəməsinin hökmü ilə 12 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə onun rütbəsinin əlindən alınması barədə qərardad da çıxarıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR