İqtisadiyyat naziri Ağcabədidə vətəndaşları qəbul edəcək

İqtisadiyyat naziri Ağcabədidə vətəndaşları qəbul edəcək
# 16 may 2018 12:39 (UTC +04:00)

İqtisadiyyat naziri Şahin Mustafayev mayın 18-də Ağcabədidə Ağdam, Laçın və Ağcabədi rayonlarından olan vətəndaşları qəbul edəcək.

İqtisadiyyat Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, vətəndaşların qəbulu saat 11:00-dən etibarən Bayraq Muzeyinin inzibati binasında (ünvan: Ağcabədi şəhəri, Ü.Hacıbəyli küçəsi) keçiriləcəkdir.

Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyat üçün İqtisadiyyat Nazirliyinin [email protected] elektron poçt ünvanı və 493-14-56, 493-88-67 (daxili 21-05) və (055) 257-60-90 nömrəli telefonlar (əlaqələndirici şəxs Elmar Hacıyev), nazirliyin 195-2 Çağrı Mərkəzi, həmçinin Nazirliyin Aran regional bölməsi (əlaqələndirici şəxs Elbrus Hüseynov, əlaqə telefonu: (022) 337-82-81, (055) 206-88-52, elektron poçt ünvanı: [email protected]) vasitəsilə müraciət edə bilərlər.

Bununla yanaşı, vətəndaşlar İqtisadiyyat Nazirliyinin www.economy.gov.az internet səhifəsində xüsusi olaraq yaradılmış "İqtisadiyyat nazirinin şəhər və rayonlarda keçirilən qəbulu üçün müraciət" bölməsi və nazirliyin facebook səhifəsi vasitəsilə də qəbula yazıla bilərlər.

Eyni zamanda bildiririk ki, İqtisadiyyat nazirinin Göygöldə keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun vaxtı dəyişdirilib. Qəbulun keçiriləcəyi tarix barədə əlavə məlumat veriləcəkdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR