Avropa İttifaqı Şurasının prezidenti qondarma “erməni soyqırımı” abidəsini ziyarət edib - VİDEO

Avropa İttifaqı Şurasının prezidenti qondarma “erməni soyqırımı” abidəsini ziyarət edib - <span style="color: red;">VİDEO
# 20 iyul 2015 11:27 (UTC +04:00)

Bakı. Faiq Mahmudov – APA. Avropa İttifaqı (Aİ) Şurasının prezidenti Donald Tusk Ermənistanda səfərdədir.

APA-nın “armtoday.info”ya istinadən verdiyi xəbərə görə, D. Tusk uydurma “erməni soyqırımı” abidəsini ziyarət edib. Qonağı Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan müşayiət edib. Sonra D. Tusk “Soyqırımı muzeyi-institutu”nda olub.

Qeyd edək ki, Aİ Şurasının prezidenti Donald Tusk Cənubi Qafqaz ölkələrinə səfəri çərçivəsində Ermənistanda 1 günlük səfərdədir. O, prezident Serj Sarkisyan və baş nazir Ovik Abramyan ilə görüşəcək. S. Sarkisyanla görüşdən sonra birgə mətbuat konfransı keçiriləcək. D. Tuskun müxalifət partiyaları ilə görüşü də nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR