Ağdaşda iş yerindən oğurluq edən traktorçu tutulub

Ağdaşda iş yerindən oğurluq edən traktorçu tutulub
# 18 may 2018 13:38 (UTC +04:00)

Mayın 13-də Ağdaş rayon sakini Elçin Lətifov polis şöbəsinə ərizə ilə müraciət edərək, mühasib işlədiyi məhdud məsuliyyətli müəssisədən 6 min manat dəyərində 24 top elektrik kabellərinin oğurlandığını bildirib.

DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan APA-nın yerli bürosuna bildirilib ki, müraciət əsasında Ağdaş RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən rayonun Ərəbocaq kənd sakini Sərxan Quliyev saxlanılıb.

Ətrafında davam etdirilən araşdırmalarla onun həmin MMC-də traktorçu işlədiyi məlum olub. Dindirilmə zamanı o törətdiyi cinayət əməlini etiraf edib.


Faktla bağlı RPŞ-də araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR