Zurab Abaşidze: “Oçamçira-İnquri dəmir yolu hissəsinin tikintisi tam qanunsuzdur”

Zurab Abaşidze: “Oçamçira-İnquri dəmir yolu hissəsinin tikintisi tam qanunsuzdur”
# 24 avqust 2015 09:48 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. Gürcüstan baş nazirinin Rusiya Federasiyası ilə münasibətlərin tənzimlənməsi üzrə xüsusi nümayəndəsi Zurab Abaşidze Oçamçira-İnquri dəmir yolu hissəsinin bərpası üzrə başlanan işləri qanunsuzluq adlandırıb.


APA-nın xəbərinə görə, bu barədə “Qruziya online” məlumat yayıb.

“Mən bunu provokasiya deyil, qanunsuzluq olaraq qiymətləndirirəm. Tam qanunsuzluqdur. Bu fəaliyyət mərkəzi hakimiyyət orqanları ilə razılaşdırılmayıb. Beynəlxalq hüquq normalarına, dövlətlərin ərazi bütövlüyü və suverenliyinə məhəl qoyulmur. Bizim bunu dayandırmağa isə gücümüz yetmir. Əgər bunu araşdırmağa başlasaq, onda Rusiya tərəfindən formal cavab alacağıq ki, abxazlarla danışın. Biz isə abxazlarla bu barədə danışmırıq”, - deyə Abaşidze bildirib.

Z. Abaşidzenin sözlərinə görə, Abxaziyadan keçən dəmir yolunun bərpa olunması ilə bağlı məsələ hazırda nəzərdən keçirilmir: “Biz bu məsələni heç nəzərdən keçirməmişik. Nə Praqa formatı çərçivəsində, nə də hər hansı digər formatda”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR