Bələdiyyələr vətəndaşların müraciətinə daha tez cavab verəcəklər

Bələdiyyələr vətəndaşların müraciətinə daha tez cavab verəcəklər
# 02 mart 2017 09:14 (UTC +04:00)

Bələdiyyələrin vətəndaşların müraciətinə cavab vermə müddəti tezləşdirilir.

APA-nın məlumatına görə, Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında “Bələdiyyələrin statusu haqqında” qanuna dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.

Dəyişikliyə əsasən, bələdiyyələr hüquqi və fiziki şəxslərin yerli vergilər və ödənişlərlə bağlı borcları barədə yazılı müraciətlərinə 1 iş günü müddətində arayış verəcəklər. Hazırda isə bu müddət 5 gündür.

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR