MM komitəsində “Bələdiyyə üzvlərinin etik davranış qaydaları haqqında” qanun layihəsi müzakirə olunub

MM komitəsində “Bələdiyyə üzvlərinin etik davranış qaydaları haqqında” qanun layihəsi müzakirə olunub
# 02 mart 2017 09:24 (UTC +04:00)

Azərbaycanda bələdiyyə üzvlərinin etik davranışı ilə bağlı qanun layihəsi yeni adda müzakirəyə çıxarılıb.

APA-nın məlumatına görə, “Bələdiyyə üzvlərinin etik davranış qaydaları haqqında” adlı qanun layihəsi Milli Məclisin regional məsələlər komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

Qeyd edək ki, bu layihə 2015-ci ildə “Bələdiyyə qulluqçularının etik davranış qaydaları haqqında” adı ilə müzakirəyə çıxarılıb. Qanun layihəsində peşəkarlıq və fərdi məsuliyyətin artırılması, şəxslərin qanuni maraqlarına, şərəf və ləyaqətinə hörmət, mədəni davranış, qərəzsizlik və digər məsələlər öz əksini tapıb.

Qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR