Baş nazirin müavini: “Ermənistandan qovulan azərbaycanlılar həm də müharibə, zorakılıq nəticəsində didərgin düşmüş siyasi miqrantdırlar”

Baş nazirin müavini: “Ermənistandan qovulan azərbaycanlılar həm də müharibə, zorakılıq nəticəsində didərgin düşmüş siyasi miqrantdırlar”
# 16 iyun 2011 09:28 (UTC +04:00)
APA-nın məlumatına görə, bunu baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov deyib.

Ə. Həsənov azərbaycanlılar Ermənistandan Azərbaycana qovulduqlarını, onların qaçqın olduqlarını bildirib: “Amma onlar həm də miqrantdırlar. Onlar müharibə, zorakılıq nəticəsində qovulan siyasi miqrantdırlar. Bu paralelliyi analiz və təhlil etmək olar. Onların bəzi statuslarını hətta birləşdirmək da mümkündür”.

O bildirib ki, miqrasiya ilə bağlı Azərbaycanda qəbul olunan qanunvericilik aktları dünya standartlarına cavab verir. Həm miqrasiya, həm də milli azlıq məsələləri ilə bağlı Azərbaycanda tam hüquqi baza yaradılıb. Hazırda milli azlıqlar Azərbaycanda tam sərbəst şəraitdə yaşayıb, fəaliyyət göstərirlər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR