Putin və Makron arasında telefon danışığı olub

Putin və Makron arasında telefon danışığı olub
# 15 may 2018 10:19 (UTC +04:00)

Rusiya və Fransa prezidentləri Vladimir Putin və Emmanuel Makron arasında telefon danışığı olub.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, telefon danışığı zamanı Vladimir Putin fransalı həmkarına mayın 12-də Parisdə baş vermiş terror aktı ilə bağlı başsağlığı verib.


Fransa prezidentinin Rusiyya səfərinə və mayın 24-25-də Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda iştirakına hazırlıq müzakirə olunub.

Putin və Makron Suriya münaqişəsinin nizamlanması və ABŞ-ın İranın nüvə proqramı ilə bağlı Sazişdən birtərəfli çıxamasından sonra yaranan vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR