Bakıda mənzildə cəsəd aşkarlanıb

Bakıda mənzildə cəsəd aşkarlanıb
# 18 oktyabr 2015 17:51 (UTC +04:00)

Bakı-APA. Bakıda mənzildə cəsəd aşkarlanıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakının Xətai rayonunda mənzildə bir nəfərin bağlı qapı arxasında qalması barədə məlumat daxil olub.

Dərhal FHN-nin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunublar.

Xilasedicilər mənzilin giriş qapısını açıb və 1963-cü il təvəllüdlü Rzayev Mübariz Bəhram oğlunun cəsədini aşkar ediblər.

Cəsəd aidiyyəti üzrə təhvil verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR