"SABIS Sun" bu gündən qapılarını şagirdlərin üzünə açıb

"SABIS Sun" bu gündən qapılarını şagirdlərin üzünə açıb
# 15 sentyabr 2015 11:34 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Yeni tədris ilinin başlaması ilə əlaqədar, "SABIS Sun" Beynəlxalq Məktəbi bu gündən qapılarını şagirdlərin üzünə açıb.

APA-Economics”in məlumatına görə, bu münasibətlə bir qrup jurnalist üçün “SABIS Sun” Beynəlxalq Məktəbinin yerləşdiyi "Xəyal adası" ("Dreamland") yaşayış kompleksinə media-tur təşkil olunub.

Beynəlxalq Məktəbin direktoru Yakobus Qerike bildirib ki, SABİS məktəblər şəbəkəsi 130 ildir bütün dünyada fəaliyyət göstərir. Onun sözlərinə görə, SABİS məktəbləri özünün kurrikulum və tədris proqramına malikdir. Təhsil ocağının bütün təhsil vəsaitləri və proqramları SABİS məktəblər şəbəkəsi tərəfindən işlənib hazırlanır: “SABIS Sun” Beynəlxalq Məktəbi müxtəlif şagird heyəti üçün yüksək keyfiyyətli təhsil imkanlarını təmin edir. Məktəb bütün şagirdləri kollecdə müvəffəqiyyət qazanmağa hazırlamaqla yanaşı, onların gələcək həyatında öyrənmə bacarığını və arzusunu təmin edərək sivil, etik və əxlaqi dəyərlərini möhkəmləndirir. Məktəb fəaliyyət göstərdiyi müddət ərzində səmərəlilik və hesabatlılıq baxımından yüksək standartları qoruyub saxlayır. Bizim məqsədimiz beynəlxalq təcrübəni Azərbaycana gətirilməsidir”.

Y. Qerike deyib ki, təhsil ocağının özünün 2 minə yaxın tədris vəsaiti və kitabı mövcuddur: “Buradakı təhsilə SABİS-in mərkəzi idarəsindən ciddi nəzarət olunur. SABIS Təhsil Sistemi fəaliyyət göstərdiyi dövr ərzində təkmilləşdirilmiş əhatəli tədris proqramı tətbiq edir. SABIS Təhsil Proqramının tədris planı inkişaf və həyata hazırlıq arasındakı balansı qorumaqla şagirdlərə məktəbdə səviyyəli təhsil verməklə yanaşı, onların sonrakı mərhələdə də təhsilə marağını təmin edir və dünya standartlarına bələd olan məsuliyyətli vətəndaşların formalaşmasına yardım edir”.

Qeyd edək ki, “SABIS Sun” Beynəlxalq Məktəbi Xəyal adasında salınmış 70 000 kvadrat metr sahəyə malik şəhərcikdə yerləşir. Dərslərin yalnız ingilis dilində keçirildiyi “SABIS Sun” məktəbinin müasir tipli şəhərciyində (kampus) inzibati və xidmət binaları ilə yanaşı, məktəbəqədər təhsil müəssisəsi, ibtidai məktəb binası, məktəbəqədər təhsil müəssisəsi üçün nəzərdə tutulan kiçik idman zalı və idman meydançası, eləcə də ibtidai məktəb üçün idman zalı və idman meydançası fəaliyyət göstərir”.

Y. Gerike bildirib ki, SABIS Məktəblər şəbəkəsi dünyanın qabaqcıl ölkələrində və yaxın şərqdə fəaliyyət göstərən ingilis və amerikan beynəlxalq standartlarına malik müasir təhsil müəssisəsidir: “Məktəb dünyanın 16 ölkəsində 70 mindən artıq şagirdi olan SABIS Məktəblər şəbəkəsinin ən böyük fərqi odur ki, şagirdlər dünyanın istənilən universitetlərinə qəbulda heç bir çətinliklə üzləşməyəcək. Buna zamin yaradan əsas amil təhsil sisteminin bütün müasir sistemlərə uyğunluğu və təhsil dilinin beynəlxalq dil – ingilis dilində olmasıdır. Eyni zamanda “SABIS Sun” Beynəlxalq Məktəbində olan SLO (Student Life Organization – Şagird Həyatının Təşkili) şagirdlərin həyata hazırlanmalarında çox əhəmiyyətli bir yer tutur”.

Hazırda ümumilikdə “SABIS Sun” Beynəlxalq Məktəbində uşaq bağçası da daxil olmaqla 60 nəfər şagird təhsil alır. Ancaq ümumilikdə məktəbin təhsil almaq tutumu 1500 şagirddir ki, bu da ilk qəbul ili üçün çox yaxşı göstəricidir. 60 şagirdə isə ümumilikdə 18 nəfər müəllim heyəti dərs deyir ki, bu müəllimlərin də hamısı səlis ingilis dilində danışıqlar. 18 nəfər müəllimin cəmi 8 nəfəri xaricidir, qalan 10 müəllim isə yerli azərbaycanlılar təşkil edir. Yerli müəllimlərlə xarici müəllimlər arasında isə heç bir fərq qoyulmur və onlara qarşı olan tələblər eynidir.

Müəllimlərdən söz düşmüşkən qeyd edək ki, hətta yerli müəllimlər 1 nəfəri SABIS məktəblərinin imtahanlarında 100 mümkün baldan 96 bal toplayıb. Bu SABİS məktəblərinin tarixində ən böyük nailiyyətdir. Bu müəlliməyə qədər keçirilən imtahanlarda toplanan ən maksimal bal 92 olub.

Məktəbin yerləşməsinə gəldikdə isə direktor deyib ki, buranın geniş ərazi və 70 min kvadrat metr ərazidə olmasıdır. Çünki bu cür kampusun inşası üçün bu ərazi olduqca əlverişlidir. Həmçinin, ərazidə hökm sürən sakitlik və təbiətin imkanları şagirdlərə təhsilə olduqca böyük fayda verir.

Məlum olub ki, “SABIS Sun” Beynəlxalq Məktəbində təhsil sistemi bizim köhnə təhsil sistemindən tamamilə fərqlənir. Başlıca olaraq ona görə ki, burada bağçanı bitirən uçaq artıq məktəbə gələrkən yazmağı və oxumağı bilirlər. Məktəbi bitirən şagird isə ABŞ və Böyük Britaniya ali məktəblərinə verilən savad və bilik sayəsində çox asanlıqla daxil ola bilir.

“SABIS Sun”un uşaq bağçalarına gəldikdə isə vurğulayaq ki, burada hətta bağça binasının tikintisi, hər bir detal və istifadə olunan rənglərin seçimi illərdir aparılan müşahidə əsasında formalaşıb və “SABIS məktəblər tərəfindən hazırlanıb. Uşaqlara isə iki müəllimə dərs keçir ki, onlardan biri xarici, digəri isə yerli azərbaycanlı müəllimədir.

Media-tur zamanı jurnalistlər “Dreamland” yaşayış kompleksi ilə yaxından tanış olublar. Onlara bu kompleks barəsində geniş məlumat verilib. Bildirilib ki, yaşayış kompleksində 234 sayda elit apartament və villalar inşa edilməkdədir. Həmçinin ərazidə böyük qolf klub yerləşir. Jurnalistlər qolf klubla v tanış olaraq qolfun bəzi sirlərini də öyrənməyə çalışdılar.

“Dreamland” və onun ərazisində yerləşən “SABİS Sun” Beynəlxalq Məktəbinin layihəsinin müəllifi “Azərsun Holding”dir. Jurnalistlərin “Dreamland”da olduqlarını bilən holdinqin prezidenti Abdulbari Goozal onlarla görüşüb. O, jurnalistləri maraqlandıran suallara ətraflı cavab verib.

Qeyd edək ki, yaşayış kompleksində evlərin qiyməti 240-400 min manat, villaların qiyməti isə 700 min - 4 mln. manat ətrafında dəyişir. Villaların qiyməti onun modelindən və dizaynından asılı olaraq dəyişir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR