Balakən Gömrük İdarəsinə yeni rəis təyin edilib

Balakən Gömrük İdarəsinə yeni rəis təyin edilib
# 23 oktyabr 2015 08:50 (UTC +04:00)

Bakı. İlkin Əhmədov - APA-Economics. Balakən Gömrük İdarəsinə yeni rəis təyin edilib.

Komitədən "APA-Economics"ə verilən məlumata görə, Balakən Gömrük İdarəsinin rəisi Hikmət Məmmədov sərəncama götürülüb.

Həmin vəzifəyə Dövlət Gömrük Komitəsinin (DGK) Gömrük Sahəsində Hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsinin əməliyyat idarəsinin rəis müavini Baba Salayev təyin edilib.

Komitədən o da bildirilib ki, bu adi prosedur qaydadır: "Bu, Komitə daxilində adi yerdəyişmədir və mütəmadi olaraq baş verir".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR