"Parabank" müştəriləri kreditlərini "e-manat" vasitəsilə ödəyə bilər

"Parabank" müştəriləri kreditlərini "e-manat" vasitəsilə ödəyə bilər
# 23 noyabr 2015 08:10 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. “Parabank” öz müştərilərinə “e-manat” terminalları vasitəsilə kredit ödənişləri etmək imkanı verir.

Bankdan “APA-Economics”ə verilən xəbərə görə, “Parabank”a borcu olan müştərilərin ödəniş etmək üçün artıq banka gəlməyinə ehtiyac yoxdur.

“Müştərilərimiz “E-manat” terminallar vasitəsilə biznes mərkəzlərində, metro stansiyalarının girişində və sair yerlərdə ödəniş edə bilərlər. Ödəniş sisteminin çox sadə prinsipi var. Yəni, müştəri bankda kredit ekspertindən kreditin kodunu öyrənə və həmin kodla “e-manat” terminalında bank və sığorta bölməsini seçərək kredit ödənişinin kodunu daxil edib ödəniş edə bilər", - deyə bankdan bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR