Azərbaycanda daha bir kommersiya bankı kredit verilişini elektronlaşdırır

Azərbaycanda daha bir kommersiya bankı kredit verilişini elektronlaşdırır
# 05 noyabr 2015 09:45 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. "AFB Bank” kredit verilişlərini elektronlaşdırır.

APA-Economics”in verdiyi xəbərə görə, "AFB Bank” "Elektron Hökumət" portalına qoşulmaqla bağlı öz istəyini bildirib.

Sözügedən bankla keçirilmiş toplantıda vətəndaşın ödəmə qabiliyyətinin kağız üzərində sənəd tələbi olmadan müəyyənləşdirilməsi üçün portalın imkanları müzakirə edilib, bu imkanlardan "AFB Bank" müştərilərinin faydalanması üçün qanunvericiliklə müəyyən olunmuş qaydalar və texniki dəstək üzrə məsələlərdən danışılıb.

Qeyd edək ki, artıq 25-dən çox bank vətəndaşlardan fərdi məlumatları üzrə kağız daşıyıcıda sənəd tələbini ləğv edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR