“Texnikabank” filialının keçmiş müdir müavininin şikayəti təmin olunmayıb

“Texnikabank” filialının keçmiş müdir müavininin şikayəti təmin olunmayıb
# 02 avqust 2016 14:40 (UTC +04:00)

Bakı. Etibar Məmmədov – APA. Qaradağ rayon məhkəməsində lisenziyası ləğv edilən “Texnikabank”ın Yasamal filialının keçmiş müdir müavini, AXCP sədri Əli Kərimlinin qayını Elnur Seyidovun xəstəliyi ilə əlaqədar azadlığa buraxılması ilə bağlı müraciətinə baxılıb.

APA-nın məlumatına görə, məhkəmədə bir müddət əvvəl bununla bağlı tibbi ekspertiza təyin olunduğu açıqlanıb. Ekspertizanın nəticələrinə əsasən E. Seyidovun səhhətinin cəzasını cəzaçəkmə müəssisəsində çəkməsində imkan verdiyi açıqlanıb.

Məhkəmə müraciəti təmin etməyib.

Qeyd edək ki, Elnur Seyidovu Cinayət Məcəlləsinin 178.3.1 və 178.3.2-ci maddələri ilə dələduzluqda ittiham olunub. Bakı Ağır Cinayətlər Məhkəməinin hökmü ilə 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

s

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR