Üç nəfərin ölümünə səbəb olan yol qəzası törədən sürücünün şikayəti əsasında məhkəmə başlayıb

Üç nəfərin ölümünə səbəb olan yol qəzası törədən sürücünün şikayəti əsasında məhkəmə başlayıb
# 18 sentyabr 2015 11:24 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Apellyasiya Məhkəməsində 3 nəfərin ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Zabit Mayılovun apellyasiya şikayəti əsasında məhkəmə prosesi başlayıb.

APA-nın məlumatına görə, ilkin baxış iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin baxış iclası isə sentyabrın 28-nə təyin edilib.

Qeyd edək ki, Buzovna-Maştağa yolunda Bakı şəhər sakini, 1992-ci il təvəllüdlü Rəşad Yavər oğlu Nurullayevin idarə etdiyi 10-MC-085 dövlət nömrə nişanlı, “VAZ 2106” markalı avtomobillə, Bakı şəhər sakini, 1985-ci il təvəllüdlü Zabit Sərdar oğlu Mayılovun idarə etdiyi “Renault” markalı avtomobil toqquşub.

Qəza nəticəsində R. Nurullayev və sərnişini, 1992-ci il təvəllüdlü Elçin Məhəmməd oğlu Əliyev və “Renault” markalı avtomobildə olan sərnişin Telman adlı şəxs aldığı xəsarətlərdən hadisə yerində ölüblər.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Zabit Mayılov 9 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Z. Mayılov cəzasının yüngülləşdirilməsi barədə apellyasiya şikayəti ilə məhkəməyə müraciət edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR