Ermənistanda yol qəzasında beş nəfər ölüb

Ermənistanda yol qəzasında beş nəfər ölüb
# 04 iyul 2016 08:16 (UTC +04:00)

Bakı.Türbət Bağırova - APA. Ermənistanin Sünik vilayətində bu gün səhər saatlarında yük maşını ilə minik maşınının toqquşması nəticəsində 5 nəfər ölüb.

APA-nın “news.am” saytına istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistan Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin məlumatında deyilir.

Qəza nəticəsində minik avtomobilinin sürücüsü və dörd sərnişini ölüb. Yük maşınının sürücüsü və sərnişini isə müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR