Azərbaycan prezidenti YAP-ın Ucar rayon təşkilatının yeni inzibati binasının açılışında iştirak edib

Azərbaycan prezidenti YAP-ın Ucar rayon təşkilatının yeni inzibati binasının açılışında iştirak edib
# 06 oktyabr 2015 15:35 (UTC +04:00)

Bakı - APA. Ucar rayonuna səfəri zamanı prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının rayon təşkilatının yeni inzibati binasının açılışında iştirak edib.

APA-nın məlumatına görə, Azərbaycan prezidenti binanın rəmzi açılışını bildirən lenti kəsib.

Dövlət başçısına məlumat verilib ki, partiyanın inzibati binasının tikintisi yüksək standartlara uyğun həyata keçirilib, ümumi sahəsi 600 kv. m olan bina müasir inventar və avadanlıqla təchiz olunub.

Azərbaycan prezidenti İlham Əliyev həmçinin Ucar Tarix-Diyarşünaslıq Muzeyi üçün inşa olunan yeni binanın açılışında iştirak edib. Dövlət başçısına məlumat verilib ki, ümumi sahəsi 650 kvadratmetr olan bina bütün lazımi kommunikasiya xətləri və müvafiq avadanlıqla təchiz olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR